Cümə axşamı , 2 May 2024
Drone Cameras

Qədir Hüseynov Azərbaycan çempionu olub

Şahmatın rapid və blits növləri üzrə kişilər arasında Azərbaycan çempionatına yekun vurulub.

Federasiyadan  verilən məlumata görə, Bakı Şahmat Klubunda təşkil olunan yarışda şahmatçılar əvvəlcə rapid, son gündə isə blitsdə mübarizə aparıblar.

Yekunda hər iki növdə nəticələrin cəmi üzrə qaliblər müəyyənləşib. İki yarışın yekununa əsasən, 11 xal toplayan Qədir Hüseynov Azərbaycan çempionatının qalibi olub.

Abdulla Qədimbəyli 9,5 xalla ikinci yeri tutub. Hərəyə 9 xal toplayan Kənan Qarayevlə Əhməd Xaqan müvafiq olaraq 3-4-cü yerləri bölüşdürüblər. Əlavə göstəricilərdə üstün olan K.Qarayev turniri üçüncü yerdə başa vurub.

Kişilər arasında rapid və blits üzrə Azərbaycan çempionatının mükafat fondu 5000 manat təşkil edib.

Qeyd edək ki, Azərbaycan çempionatı dekabrda Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək rapid və blits üzrə dünya çempionatlarına seçmə xarakter daşıyıb. Reqlamentə əsasən, ilk üç yeri tutan şahmatçılar ölkəmizi mundialda təmsil etmək hüququ qazanıblar.

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …