Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Nə qədər mənəviyyatsız, riyakar olasan ki…” – Vitse-prezidentdən Ermənistana xəbərdarlıq

Mülki obyektlərin hədəf seçilməsi birbaşa müharibə cinayətidir. Amma buna baxmayaraq, beynəlxaq hüquqa əhəmiyyət verməyən işğalçı Ermənistan mülki obyektləri, kütləvi yaşayış məntəqələrini hədəfə alır. Xüsusəndə, işğalçı Ermənistanın Gəncəni hədəf alması, qadağan edilmiş klasster bombalarından istifadəsi qəbuledilməzdir. Təcüvüzkar dövlət bu addımları ilə beynəlxalq təşkilatların birbaşa qınağı ilə üzləşməlidir. Azərbaycan bu vətən müharibəsini uğurla başa vurduqdan sonra mütləq şəkildə bununla bağlı beynəlxalq hərbi məhkəməyə müraciət edəcək və onların cəzalanmasına nail olunacaq. Mingəçevirin də düşmən tərəfindən hədəf seçilməsi düşmənin tam azğınlaşmasından xəbər verir. Paralel olaraq ermənilərin Mingəçevirin əsas strareti obyektlərini xüsusəndə Su Elektrik Stansiyasını hədəf alması heç bir hüququ çərçivəyə sıxışmır.

Bu fikirləri mediaya açıqlamasında Azərbaycanın ATƏT PA-da Nümayəndə Heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti, millət vəkili Azay Quliyev bildirib.

Deputatın qeyd edib ki, Ermənistanın hədəf aldığı bu mülki obyektlər cəbhə xəttindən yüz kmlərlə uzaqlıqda yerləşir: “Bu eyni zamanda onu göstərir ki, Ermənistan hal-hazırda çıxılmaz bir durumdadır. Üzbəüz döyüşdə Azərbaycan Ordusunun hücumuna cavab verə bilmir. Bu gün Ordumuz düşmənin bütün mümkün hədəflərini darmadağın edir. Döyüşdə ağır zərbə alan darmadağın olan və məhv edilən düşmən qorxaqlıq və acizlik nümayiş etdirərək kənar şəhərləri, mülki əhalini hədəf alır. Bu gün beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz sərt mövqeyini ortaya qoymalıdır. Bütün dünyanın gözü qarşısında baş verıən bu cinayətə ciddi etiraz etməlidirlər. Ya da etiraf etməlidirlər ki, onlar heç bir işə yaramırlar. əks təqdirdə beynəlxalq təşkilatların özlərinin hazırladıqları bu konvensiyalar, qadağalar beynəlxalq hüquq sistemi mənasız bir şey olacaq”.

Nümayəndə heyətinin rəhbəri vurğulayıb ki, hazırda beynəlxalq təşkilatlar üçün ən həssas bir məqam yaranıb: ”Onlar o qədər mənəviyyatsız, riyakar, iki üzlü olmalıdırlar ki, Ermənistan tərəfindən insanlıq əleyhinə olan cinayətə səssiz qalsınlar. ATƏT, ATƏT-in Parlament Assambleyası, Avropa Şurasının Parlament Assambleyası, Avropa Parlamenti, ATƏT-in Minsk Qrupu bu məsələ ilə bağlı konkret mövqe sərgiləməlidirlər. Bu gün Ermənistan mənim üçün doğmadır, əzizdir deyən Fransa prezidenti Emmanuel Makron da prosesdən özünü kənarda saxlaya bilməz. Fransa prezidenti nəhayət bu məsələ ilə bağlı mövqeyini bildirsin. Əgər iki-üç gün bundan öncə o deyirdisə ki, ermənilərin yanındayam… Azərbaycan tərəfi isə vurğulayırdı ki, işğalçınn terroristin yanında olmaq yolverilməzdir. Ermənistan terror aktı törətdi. Fransanın da təşviq etdiyi və imzaladığı qadağan edilmiş silahlardan istifadə etdi. Heç bir hərbi bölgəyə aid olmayan Gəncəni vurdu. Strateji sənaye şəhəri olan Mingəçevir bombalandı. Əgər E.Makronun az da olsa, vicdanı varsa, özündə güc tapmalıdır və Ermənistanın bu cinayətinə etiraz etməlidir. Fransa kimi liberlal dəyərləri, beynəlxalq hüququ, insanlığı, hümanistliyi daim təşviq edən bir dövlətdən ancaq konstruktiv yanaşma gözlənilməlidir”.

Azay Quliyev vurğulayıb ki, Azərbaycan öz haqq işini davam etdirir: “Ali Baş Komandan böyük cəsarət və prinsinsipiallıq nümayiş etdirir. Xalqımız sözün həqiqi mənasına qəhrəmanlıq göstərir. İnsanlar könüllü şəkildə cəbhəyə döyüşə qatılmaq üçün müraciətlər edir. Bu gün bütün insanlarımız vətən müharibəsində tam səfərbər olub. Ermənistanın Azərbaycanın hansısa bir hissəsinə bomba atmaqla insanlar arasında xof təlatüm yaratmağa çalışır. Amma bütün bunların əksinə olaraq xalqımız düşmənə qarşı yumruq kimi birləşib. Heç bir kənar təsir bizim milli mübarizə əzmimizə təsir göstərə bilməyəcək”

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …