83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən deputatlığa namizəd Nəsimi Qarabağlının (Həsənov Nəsimi Novruz oğlu) Bakı şəhərində müvəqqəti məskunlaşmış Füzulidən olan seçiciləri ilə növbəti görüşləri keçirilmişdir.
Bu səfər görüşlər “Gənclər ” və “Qarant” şəhərciklərində baş tutdu.Bu barədə seçki qərargahının rəhbəri Dəyanət Həsənov ə məlumat verərək bildirmişdir.D.Həsənov bildirib ki, seçicilərlə səmimi və dost münasibətində keçən görüşlər seçicilər tərəfindən çox maraqlı qarşılandı.Seçicilərə, öz seçki qabağı platforması və deputat seçiləcəyi təqdirdə fəaliyyət planlarını açıqlayan, deputatlığa namizəd N.Qarabağlı hər seçiciylə ayrı-ayrılıqdada söhbət əsnasında onların fikir və təkliflərini qeyd edərək, keçirilən hər bir görüşdə seçicilərin səsləndirdikləri istək və qaldırdıqları məsələlərin ümumiləşdirilmiş şəkildə aidiyyatı orqanlar tərəfindən qaldırılacağına və həll olunmasına çalışacağını bildirdi.Görüşlər davam edir.
Check Also
Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına xəbərdarlıq edilib
Qərar “ATACAMS” raketlərinə icazədən sonra verilib Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarına təhlükə …