Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Naftalan neftinin keyfiyyətli və təhlükəsiz olması barədə təsdiqedici sənədlər veriləcək

Naftalan neftinin keyfiyyətli və təhlükəsiz olması barədə təsdiqedici sənədlər veriləcək.

Boyukmillet.com xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi 2026-2029-cu illər üçün Naftalan neftinin və ondan hazırlanan preparatların müalicəvi təsirinin beynəlxalq miqyasda tanıdılmasını təmin etmək məqsədilə yeni tibbi araşdırmalar aparılmasına və sözügedən məhsullardan tibbi məqsədlər üçün daha geniş istifadə olunmasına dair Tədbirlər Proqramında əksini tapıb.

Proqrama əsasən, Naftalan neftinin və ondan hazırlanan preparatların müalicəvi istifadəsinə dair sənədlərin hazırlanması nəzərdə tutulub.

Həmçinin bu sahədə tibb işçilərinin biliklərinin təkmilləşdirilməsi, Naftalan neftinə və ondan hazırlanan preparatlara dair əqli mülkiyyət hüquqlarının qorunması planlaşdırılır.

Tədbirlər Proqramında Naftalan neftinin və ondan hazırlanan preparatların elmi tədqiqatlarının və klinik sınaqlarının aparılması qeyd edilib.

Check Also

Bundan sonra sığortaolunanları dərman və tibb vasitələri ilə TƏBİB təmin edəcək

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsi …