Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Nail Allahverdiyev barəsində olan məhkəmə qərarından apellyasiya şikayəti verilməyib

Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev barəsində olan məhkəmə qərarından apellyasiya şikayəti verilməyib.

Bu barədə APA-ya vəkil Sevdiyar Bayramov məıumat verib. O, müvəkkili ilə görüşmədiyini də deyib.

Qeyd edək ki, Xətai rayon Məhkəməsində N. Allahverdiyev barəsində həbs qətimkan tədbiri seçilib. Qərardan üç gün müddətində apellyasiya şikayəti verilə bilərdi. Həmin müddət bu gün başa çatır.

Xatırladaq ki, N. Allahverdiyev bu il avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində “Mercedes-Gelandewagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törədib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyev barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir