Bazar , 10 Dekabr 2023

Edvard Nalbandyan prezidentlərin görüşü barədə danışıb

“Hələlik Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü barədə hələlik konkret heç bir məlumat yoxdur”.

Bunu jurnalistlərlə söhbəti zamanı Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib.

Onun sözlərinə görə, sentyabrda Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək.

“Gündəlikdə dəfələrlə qaldırdığımız məsələlərdir: danışıqların davam etdirilməsi üçün atmosferin yaradılması. Velosiped kəşf etməyə dəyməz – indi mövcud olanlar o vaxt da mövcud idi və bu barədə danışıqlar aparılıb. Danışıqların alternativi yoxdur”, – E.Nalbandyan deyib.

Check Also

ABŞ və Türkiyə Qəzzaya humanitar yardımı müzakirə edəcəklər

ABŞ-ın maliyyə nazirinin müavini Brayan Nelson Türkiyəyə səfər edəcək və burada Qəzza zolağına humanitar yardımın …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir