Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Namizəd Səfərov dələduzluqda ittiham olunur

Namizəd Səfərov barəsində 53 min manatlıq dələduzluğa görə cinayət işi başlanıb.

Boyukmillet.com xəbər verir ki, özünü vəkil kimi təqdim edən Namizəd Səfərov vətəndaşın etibarından sui-istifadə edərək 53 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir.

İttihama görə, o, işdən çıxarılan vətəndaşı yenidən vəzifəyə bərpa etdirəcəyinə inandırıb. Ondan külli miqdarda pul alıb, lakin verdiyi vədi yerinə yetirmədiyindən vətəndaş polisə müraciət edib.

Qeyd olunan dələduzluq faktı ilə bağlı cinayət işi başlanıb və Namizəd Səfərov şübhəli şəxs qismində tutulub.

Check Also

Qaradağda 66 kiloqramdan çox narkotik qanunsuz dövriyyədən çıxarılıb

Bakının Qaradağ rayonunda 66 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat …