Cümə axşamı , 16 May 2024
Drone Cameras

Narkomanlığa qarşı mübarizənin gücləndirilməsi məqsədilə Dövlət Komissiyasının iş planı təsdiqlənib

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2024-cü ilə dair İş Planı təsdiq edilib.

Bu barədə dövlət komissiyasından məlumat verilib.

Bildirilib ki, Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi məqsədilə, o cümlədən antinarkotik təbliğat, maarifləndirmə tədbirlərinin effektivliyinin artırılması və görülən işlərin davamlılığının təmin olunmasına dair Dövlət Komissiyasının 2024-cü ilə dair İş Planı təsdiq edib və aidiyyəti üzrə icraya yönəldib.

Qeyd olunan iş planının elektron forması saytın sənədlər bölməsində yerləşdirilib.

Check Also

Azərbaycanda 11 hakimin vəzifəsi dəyişdirilib

Azərbaycanda 11 hakimin vəzifəsi dəyişdirilib. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Bir sıra …