Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Narkotiki it damında gizlədən şəxs saxlanılıb

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, rayonun Meşəşambul kənd sakini, əvvəllər də məhkum olunmuş Nurani Kahayevin yaşadığı ünvanda narkotik vasitə saxlaması barədə polisə məlumat daxil olub. Keçirilmiş tədbirlərlə şübhəli şəxs qismində saxlanılan N.Kahayevin üzərindən qurudulmuş marixuana aşkarlanıb. Yaşadığı ünvana baxış keçirilən zaman isə saxlanılan şəxsin narkotik vasitəni şüşə qablara yığıb, evin həyətindəki it damında gizlətdiyi müəyyən edilib.

O, ifadəsində kənar şəxslərin əlinə keçməməsi üçün narkotiki orada gizlətdiyini və vaxtaşırı istifadə etdiyini bildirib. Ümumilikdə 7 ədəd şüşə qabda olan qurudulmuş marixuana həmin yerdən götürülərək ekspertizaya təqdim olunub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Check Also

Salyanda 9 kiloqram narkotik satmaq istəyən şəxslər həbs olunub

Salyanda narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinən əvvəllər məhkum olunan Müşfiq Hüseynov və Anar Əsgərov həbs …