Cümə , 22 Noyabr 2024
Drone Cameras

NASA təsdiqlədi: Təhlükəli ASTEROİD Yerə yaxınlaşır – TARİX AÇIQLANDI

Dünyanın koronavirus epidemiyası ilə mübarizə etdiyi son dövrdə fəlakət ssenariləri bir-birinin ardınca gəlir. NASA nəhəng asteroidin Yerə düşəcəyi barədə iddiaları inkar etsə də, planetimizə yaxınlaşan asteroidiin təhlükəli olduğunu təsdiqləyib.

Boyukmillet.com xəbər verir ki, sözügedən asteroid 11 Aprel 2020-ci il tarixində Bakı vaxtı ilə 21:00-da Yer kürəsinin yaxınından keçəcək.

Yerə doğru hərəkət edən səma cisminin gələn həftə orbitə girəcəyi gözlənilir.

363599 (2004 FG11) adlanan 380 metrlik nəhəng asteroi inanılmaz sürətlə (saatda 88 min kilometr) bizə yaxınlaşmaqdadır. Mütəxəssislər bu sürətin Yer kürəsini fəlakətə sürükləmək üçün kifayət etdiyini söyləyirlər.

Bir göydələn qədər böyük olan nəhəng asteroid NASA tərəfindən “Apollon” sinfinə aid edilib. Yəni bu göy cismi Yer orbitindən keçəcək.

Belə bir asteroidin Yerlə toqquşması planetimizi məhv edə bilər.


Zərbəsilə planetimizin üzərində 6,5 kilometr enində nəhəng bir krater yaratmaq gücündə olan asteroidlə toqquşma zamanı yaranan partlayış ətrafındakı hər şeyi silə bilər.
Asteroid okeana düşərsə,nəhəng sunamilərə səbəb ola bilər.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …