Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

NATO 30 min əsgər və 220 təyyarənin iştirakı ilə təlimlərə başlayıb

Norveçdə NATO-nun “Soyuq cavab-2022” adlı hərbi təlimləri başlayıb.

Boyukmillet.com  “Anadolu”ya istinadən xəbər verir ki, təlimlərdə 27 ölkədən 30 min hərbçi iştirak edir.

Təlimlərə 220 təyyarə və 50-dən çox gəmi cəlb olunub.

NATO-nun mənzil-qərargahından bildirilib ki, təlimlər əvvəlcədən planlaşdırılıb, Rusiyanın Ukraynaya hücumu ilə əlaqəsi yoxdur və müdafiə məqsədlidir.

Qeyd edək ki, Rusiya təlimlərə dəvət olunsa da, iştirak etmək istəməyib.

Check Also

İsrail dronu SEPAH-ın aparıcı fiqurunu Tehranda öldürdü

İranın paytaxtı Tehranda SEPAH-ın Aerokosmik Qüvvələrinin aparıcı şəxslərindən biri hesab olunan Məcid Kaşefi öldürülüb. Boyukmillet.com …