Bazar , 5 Aprel 2026
Drone Cameras

NATO-nun baş katibi Türkiyəyə təşəkkür edib

Dinc əhaliyə qarşı kimyəvi hücumlar həyata keçirmiş Suriya cəzasız qalmamalıdır.

Virtualaz.org  xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

O bildirib ki, Türkiyə NATO-nun üzvü qismində Suriyada hava əməliyyatlarının keçirilməsi ilə bağlı ABŞ-ın təklifini dəstəkləyib: “Biz bu addıma görə Türkiyəyə minnətdarıq. Türkiyə bizim üçün dəyərli müttəfiqdir”.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ, Böyük Britaniya və Fransa Silahlı Qüvvələri Suriyada kimyəvi hədəflərə hava zərbələri endirmişdilər.

Onu da qeyd edək ki, NATO-nun baş katibi Yens Stoltenberq Türkiyədə səfərdədir.

O, Türkiyənin xarici işlər və milli müdafiə nazirləri ilə görüşüb.

Baş katibin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə də görüşü nəzərdə tutulub.

Səfərin əsas məqsədi NATO-nun Brüsselədə keçiriləcək sammitinə hazırlıq işləri, eləcə də regional proseslər və Suriya böhranı ilə bağlıdır.

Check Also

Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 34 əməkdaşı barəsində materialları Baş Prokurorluğa göndərib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanan materiallar prosessual qərar …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir