Bazar , 11 Yanvar 2026
Drone Cameras

NATO-nun şərq cinahı Rusiya təhdidi altında – Almaniya müdafiə naziri xəbərdarlıq etdi 

Almaniyanın müdafiə naziri Boris Pistorius Rusiyanın hərbi potensialı ilə bağlı yeni və narahatedici açıqlama verib.

Boyukmillet.com xəbər verir ki, nazir bildirib ki, Moskva ordusunu gözləniləndən daha tez bərpa edərək NATO-nun şərq cinahına qarşı mümkün hücum qabiliyyətini 2029-dan əvvəl də əldə edə bilər.

Pistoriusa Almaniyanın NATO ölkələrində mümkün müharibəyə hazırlaşmaq üçün kifayət qədər vaxtının olub-olmadığı sualı ünvanlanıb. Nazir qeyd edib ki, ekspertlər və kəşfiyyat xidmətləri Rusiyanın nə vaxt yenidən hücum gücü qazanacağını təxmin edə bilirlər.

Onun sözlərinə görə, əvvəllər bu təhlükənin 2029-cu ildən etibarən yarana biləcəyi bildirilirdi:

“Biz daim deyirdik ki, bu, 2029-cu ildən mümkün ola bilər. Amma indi elə fikirlər var ki, bu tarix 2028-ə çəkilə bilər. Hətta bəzi hərbi tarixçilər hesab edir ki, ötən yay sonuncu dinc yay olub”.

Eyni zamanda nazir vurğulayıb ki, NATO-nun müdafiə qabiliyyəti şübhə altına alınmamalıdır. Pistorius bildirib ki, Alyans özünü müdafiə etməyə tam qadirdir və ciddi çəkindirici potensiala, o cümlədən nüvə arsenalına malikdir.

Almaniya müdafiə naziri əlavə edib ki, NATO ölkələrinin döyüş qabiliyyətli orduları var, lakin onların daha müasir və güclü şəkildə təchiz olunması vacibdir.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …