Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu, zabitimiz yaralandı

İyulun 19-u saat 23:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Bədəlli Ramal Bəhlul oğlu ayağından yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub.

Cavab atəşi ilə qarşı tərəf susdurulub.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Check Also

Bu şəxslərə hərbi xidmətlə bağlı GÜZƏŞT OLACAQ – RƏSMİ

Xarici ölkələrdə təhsil alan tələbələrə hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün təhsil aldıqlarını təsdiq edən …