Bazar , 23 Fevral 2025
Drone Cameras

Naxçıvan məhsulları “Gulfood 2020”-də nümayiş olunur – FOTOLAR

Boyukmillet.com Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Azərbaycan məhsulları, o cümlədən Naxçıvan məhsulları fevralın 16-20 tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Gulfood 2020” beynəlxalq qida sərgisində nümayiş olunur.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə “Made in Azerbaijan” vahid ölkə stendində süd və süd məhsulları, bal, fındıq, meyvə şirələri, qənnadı, tərəvəz və konserv məhsulları, qurudulmuş meyvə, xurma və mineral su istehsalı sahəsində fəaliyyət göstərən 20 Azərbaycan şirkəti məhsullarını təqdim edir. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Babək “Sirab” ASC və “Ləzzət Qida Sənaye” MMC öz məhsulları ilə ayrı stendlə təmsil olunur. 

Qeyd edək ki, “Gulfood 2020” sərgisi çərçivəsində Naxçıvanlı sahibkarlar görüşlər keçirəcək, ixraca dair müzakirələr aparacaqlar.

Check Also

Daha bir bankAQC-nin Bank Ekspertlər Şurasına qoşulub

Bank Respublika AQC-nin Bank Ekspertlər Şurasına qoşulub“Bank Respublika” ASC Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) Bank Ekspertlər …