Cümə , 22 Noyabr 2024
Drone Cameras

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Çinin ölkəmizdəki səfiri ilə görüşüb

Boyukmillet.com nuhcixan– a istinadən xəbər verir ki, Noyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min ilə görüşüb.

Ali Məclisin Sədri qonağı salamlayıb, onu Naxçıvanda görməkdən məmnunluğunu bildirib. Muxtar respublikanın ərazisi, əhalisi və inkişafı barədə məlumat verən Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Çin Xalq Respublikası arasındakı əlaqələrə diqqəti çəkib. Ali Məclisin Sədri Naxçıvanda avtomobil istehsalı və yeni texnologiyaların tətbiqi sahəsində Çin şirkətləri ilə əməkdaşlığın olduğunu bildirib, Çin Hökuməti tərəfindən muxtar respublikada kənd təsərrüfatının inkişafına göstərilən dəstəyə görə təşəkkür edib.

Xanım Qo Min səmimi qəbula görə minnətdarlıq edib, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vətəni Naxçıvanda olmaqdan məmnunluğunu bildirib. Ölkəsinin qədim tarixə və zəngin mədəniyyətə malik olan Naxçıvanla əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini diqqətə çatdıran səfir mövcud əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …