Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

“Naxçıvan Muxtar Respublikasında koronavirus şübhəsilə karantinə alınan xəstə yoxdur”

“Hazırda Naxçıvan Muxtar Respublikasında koronavirus şübhəsilə karantinə alınan xəstə yoxdur”.

Bunu Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Əsgərov bildirib.

H.Əsgərov qeyd edib ki, Naxçıvanın İranla sərhədi tam bağlanıb:

“Türkiyə ilə sərhəd açıq olsa da, məhdudlaşdırma var. Yəni avtovağzallar, hava limanı, sərhəd tam gücləndirilmiş reimdə çalışır. Bura daxil olan, eyni zamanda, bizdən Türkiyəyə gedən avtomobillər dezinfeksiya edildikdən sonra buraxılır. Türkiyəyə sərnişin təyyarələri də, quru yolla nəqliyyat vasitələri də işləyir, gündəlik ərzaq məhsulları gətirilir-aparılır. Bütün avtovağzallarda, hava limanında müşahidə kameraları vasitəsilə insanların hərarəti uzaq məsafədən ölçülür, dezinfeksiya işləri mütəmadi olaraq davam etdirilir”.

Nazirlik rəsmisinin sözlərinə görə, virus təhlükəsi səbəbilə hər bir gömrüyün yaxınlığında müvafiq xəsəxanalar ayrılıb:

“Əgər virus aşkarlanarsa, xəstələr xüsusi ayrılmış palatalara yerləşdiriləcək. Şükülər olsun ki, hələlik bütün palatarlar boşdur”.

Check Also

FHN gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına …