Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə maraqla qarşılanan addım atıb.
Boyukmillet.com-un Naxçıvan bürosu xəbər verir ki, Dövlət Yol Polisi İdarəsinin əməkdaşları muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində avtomobil idarə edən qadınları saxlayıblar. Ancaq onlara qarşı heç bir inzibati protokol tərtib olunmayıb, bunun əvəzində xanımlara gül dəstələri təqdim edilib.
Xanım sürücülər təhlükəsizliyimizin keşiyində dayanan polis əməkdaşlarının bu nəcib təşəbbüslərinə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, vaxtilə Naxçıvan şəhərində bir nəfər də olsun qadın sürücü yox idi. Bu gün isə qadın sürücülərin sayı onlarladır. Bununla yanaşı, qadınlar artıq nəqliyyat sektorunda da təmsil olunurlar. Bu gün Naxçıvan şəhərində və rayonlarda fəaliyyət göstərən taksi sürücüləri arasında qadınlar da var. Onlar muxtar respublikada göstərilən dövlət qayğısının, dayanıqlı sabitliyin, əmin-amanlığın və milli dəyərlərə dərin hörmətin fəaliyyətləri üçün geniş imkanlar açdığını qeyd edirlər. Bu məsələdə Naxçıvan polisinin nümunəvi xidməti mühüm rol oynayır.
Check Also
NAXÇIVAN DÖVLƏT BÜDCƏSİNİN TALANMASININ YOLLARINDAN BİRİ…
Mövcud qaydalara görə Azərbaycan Dövlət Tibb Universitetinin,Naxçıvan Dövlət Universiteti Tibb fakultəsinin məzunları həkim mütəxəssis kimi …