Cümə , 5 Dekabr 2025
Drone Cameras

Naxçıvan televiziyası Günnüt zəfərinin bir illiyi münasibətilə film hazırladı – VİDEO

Bir il bundan öncə həyata keçirilən  Günnüt əməliyyatı ordumuzun böyük qələbəsidir. Bu əməliyyatla 1992-ci ildən düşmən nəzarətinə keçən Şərur rayonunun Günnüt kəndi və ümumilikdə 11 min hektar torpaq sahəsi, eləcə də mühüm strateji yüksəkliklər ordumuzun nəzarətinə keçdi. Ali Məclis Sədrinin birbaşa rəhbərliyi ilə dəqiqliklə məntiqi sonluğa çatdırılan Günnüt əməliyyatı ilə Azərbaycanın yeni tarixinə daha bir parlaq səhifə yazıldı!

3 iyul 2018-ci ildə Ali Məclisin Sədri cənab Vasif Talıbov Şərur rayonunun işğaldan azad edilən Günnüt kəndində əməliyyatı və verilən döyüş tapşırıqlarını uğurla yekunlaşdıran hərbiçilərimizlə görüşmüş, onları mükafatlandırmış və birinci eşolon bölmələrində mövqelərin möhkəmləndirilməsi, eləcə də yeni hərbi təyinatlı obyektlərin tikintisi ilə bağlı bir sıra tapşırıqlar vermişdi.

Naxçıvan televiziyasının Günnüt qələbəsinin bir illiyi münasibətilə hazırladığı “Günnüt zəfəri” filmində həmin tarixi məqamlara bir daha nəzər salınır.

Check Also

DTX ƏMƏLİYYAT KEÇİRDİ: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

AXCP sədri Əli Kərimlinin həbsinin ardından partiyanın Nəzarət Təftiş Komissiyasının üzvü Təzəxən Mirələmli də saxlanılıb.Boyukmillet.com xəbər …