Naxçıvan televiziyası AMEA-nın vitse-prezidenti, Əməkdar elm xadimi, akademik İsa Həbibbəylinin 70 illik yubileyi münasibətilə “Mən ruhumla bağlıyam Azərbaycana” adlı sənədli-televiziya filmi hazırlayıb.
Boyukmillet.com-un məlumatına görə “Mən ruhumla bağlıyam Azərbaycana” adlı sənədli-televiziya filmində İsa Həbibbəylinin Azərbaycan elmi-ədəbi və ictimai fikrinin inkişafında müstəsna xidmətlərindən, səmərəli elmi axtarışları ilə elmin inkişafına verdiyi sanballı töhfələrdən bəhs olunur.
Qeyd edək ki, ötən il Azərbaycan humanitar və ictimai elmi düşüncəsinin nüfuzlu simalarından biri, ictimai-siyasi xadim İsa Həbibbəylinin 70 yaşı tamam olub. Bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Sərəncam imzalayıb, Tədbirlər Planı təsdiq edilib. Naxçıvan televiziyası yeni filmi Tədbirlər Planının icrası çərçivəsində hazırlayıb