Şənbə , 27 Aprel 2024
Drone Cameras

“Naxçıvan” Universitetinə yeni rektor təyin edilib

“Naxçıvan” Muxtar Respublikada yeganə özəl universitet olan Naxçıvan Universitetinə yeni rektor təyin edilib.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı təsisçi müvafiq qərar imzalayıb.

Qərara əsasən, bu vəzifəyə Kazımov Anar Altay oğlu təyin edilib.

Əvvəllər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində çalışmış A.Kazımov bu gün kollektivə təqdim edilib.

Universitetin sabiq rektoru Nurlana Əliyeva isə prorektor vəzifəsində universitetdəki fəaliyyətini davam etdirəcək.

Məlumatı universitetin Mətbuat xidməti “Report”a təsdiqləyib.

Qeyd edək ki, dosent A.Kazımov bu təyinatadək Dövlət İqtisad Universitetində çalışırdı.

Check Also

Azərbaycanda təhsil haqqı dövlət tərəfindən ödənilən valideynlərini itirmiş şəxslərin yaş həddi artırıla bilər

Təhsil haqqı dövlət tərəfindən ödənilən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərin yuxarı yaş …