Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Naxçıvanda 32 gəncin polis sıralarına qəbul edilməsi ilə əlaqədar andiçmə mərasimi keçirilib

Naxçıvanda 32 nəfər gənc əməkdaşın polis sıralarına qəbul edilməsi ilə əlaqədar andiçmə mərasimi keçirilib.

Nazirliyin mətbuat xidmətindən “Report”un yerli bürosuna verilən məlumata görə, onlar Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində ilkin hazırlıq kursunu bitiriblər.

Əvvəlcə mərasim iştirakçıları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin, xidməti borcu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Çıxış edənlər daxili işlər orqanlarının tarixi, polis andının mahiyyəti və andiçmənin əhəmiyyətindən danışıblar.

Sonra müvafiq qaydalara əsasən kursu bitirən gənc əməkdaşlar Dövlət bayrağı önündə “Polis andı”nı qəbul edib və Azərbaycan Respublikasının Dövlət Himnini oxuyublar.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …