Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Naxçıvanda 34 dönərxanada monitorinq aparılıb, bir obyekt bağlanıb

Naxçıvanda muxtar respublikanın Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dönərxanalarda keçirilən monitorinqlərin nəticələri açıqlanıb.

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi İnstitutundan “Report”un yerli bürosuna verilən məlumata görə, muxtar respublikada fəaliyyət göstərən 34 dönərxanada monitorinqlər aparılıb.

Monitorinqlər çərçivəsində dönərlərdən nümunələr götürülərək müayinə məqsədilə Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Müayinələr nəticəsində dörd nümunədə (iki toyuq və iki mal əti dönəri) uyğunsuzluqlar aşkarlanıb. Sınaq nəticələrindən asılı olaraq müvafiq tədbirlər həyata keçirilib, bir müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması, ilkin və dövri tibbi müayinədən keçməyən işçi heyətin üzvünün (üzvlərinin) kənarlaşdırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

Check Also

Bakı, Gəncə və Sumqayıtda BÖYÜK ƏMƏLİYYAT: 7 nəfər həbs edildi – VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. Daxili İşlər …