Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Naxçıvanda akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr olunan konfrans keçirilir

Naxçıvanda görkəmli oftalmoloq-alim, akademik Zərifə Xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş “Elmdə qadınlar” konfransı keçirilir.

Boyukmillet.com xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri qoyub, onun əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra qonaqlar Heydər Əliyev Muzeyi ilə tanış olublar.

Tədbirdə Prezident Administrasiyası, Elm və Təhsil Nazirliyi, o cümlədən Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitələrinin nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, konfransdan sonra qonaqlar Naxçıvanın gəzməli-görməli və turizm əhəmiyyətli yerləri ilə tanış olacaqlar.

Check Also

Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd ediləcək

Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd ediləcək. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla …