Bazar ertəsi , 16 Mart 2026
Drone Cameras

Naxçıvanda bəzi mərkəzi icra hakimiyyəti orqanları yenidən təşkil edildi – FƏRMAN

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 7-də Naxçıvan Muxtar Respublikasının bəzi mərkəzi icra hakimiyyəti orqanlarının yenidən təşkil edilməsi barədə Fərman imzalayıb.

Fərmanda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II his­səsinin 22-ci bəndini rəhbər tutaraq dövlət orqanlarında müvafiq struktur dəyişikliklərinin aparılması məqsədilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi Dövlət Vergi Xidmətinə çevrilsin.

2. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə çevrilsin.

3. Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə çevrilsin.

4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:

4.1. Bu Fərmanın 1-3-cü hissələri ilə yaradılmış mərkəzi icra hakimiyyəti orqanlarının əsasnamələrinin layihələrini hazırlayıb Naxçıvan Muxtar Respublikasının  Ali Məclisinə təqdim etsin;

4.2. Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin”.

Check Also

Saakaşvili: Gürcüstanda azərbaycanlı gənclərin radikallaşması təhlükəlidir

Gürcüstanda azərbaycanlı gənclərin bir hissəsi İranın radikal təsirinə məruz qalır və bu vəziyyət etnik münaqişə …