Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Naxçıvanda gəlin maşını qəzaya uğrayıb, ölən və xəsarət alanlar var

Naxçıvanda ağır yol qəzası olub.

Boyukmillet.com xəbər verir ki, Naxçıvan-Sədərək avtomobil yolunun 23-cü kilometrliyində 75-AF-793 dövlət nömrə nişanlı “Ford” markalı avtomobil 74-BC-207 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində “VAZ-2106”-nın sürücüsü Məmmədov Təbriz Fəxrəddin oğlu hadisə yerində ölüb. Avtomobildəki sərnişin Əsgərli Təbriz Yadulla oğlu ağır xəsarət alıb.

Qəza zamanı həmçinin digər avtomobilin sürücüsü, Rəsulov Fərid Emin oğlu, sərnişinlər – Tağıyev Elvin Zeynalabdin oğlu və Qulubəyli Tayfun Amin oğlu ciddi xəsarət alıb.

Yaralılar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriblər.

Qeyd edək ki, hadisə Fərid Rəsulovun toyu zamanı baş verib.

Check Also

Qaradağda 66 kiloqramdan çox narkotik qanunsuz dövriyyədən çıxarılıb

Bakının Qaradağ rayonunda 66 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat …