Bazar , 8 Fevral 2026
Drone Cameras

Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalında artım olub

2021-ci ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında 452 915 800 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub.

“Report” bu barədə muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edilir ki, bu, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz çoxdur.

Bu dövr ərzində diri çəkidə ət istehsalı 21 677 ton, süd istehsalı 80 767 ton olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 4, süd istehsalı isə 1,4 faiz artıb.

Check Also

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Bu gün Binəqədi rayonu Ziya Bünyadov prospektində yerləşən “İdrak” liseyində 10-cu sinif şagirdi tərəfindən güllələnən …