Cümə , 22 Noyabr 2024
Drone Cameras

Naxçıvanda koronavirusla mübarizəyə könüllü qoşulanlar üçün ən asan yol seçildi

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyindən bildirilib ki, Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna fiziki şəxslər tərəfindən asan yolla vəsait ödənilməsi üçün Naxçıvanbank Açıq Səhmdar Cəmiyyətinin muxtar respublikanın bütün regionlarında quraşdırılmış ödəniş terminallarında imkan yaradılıb.

Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü vəsait ödənişlərinin toplanılması üçün “Naxçıvanbank” ASC-yə məxsus ödəniş terminallarında lazımi proqram təminatı işləri aparılıb və test mərhələsindən sonra istifadəyə hazır vəziyyətə gətirilib.

Xidmətin istifadəyə verilməsində əsas məqsəd vəsait ödənilməsi aksiyasına könüllü qoşulan muxtar respublika sakinlərinin buna asan nail ola bilməsi üçün şəraitin təmin edilməsidir. Xatırladaq ki, hazırda muxtar respublikanın müxtəlif regionlarında 50 ödəniş terminalı quraşdırılıb.

Artıq muxtar respublikanın müxtəlif regionlarından olan sakinlər onlara yaxın olan istənilən terminaldan Fonda aşağıdakı qaydada ödəniş edə bilərlər.

Bunun üçün terminalın əsas səhifəsindən “Koronavirusla Mübarizəyə Dəstək Fondu”nu seçib, şəxsiyyət vəsiqəsinin FİN-kodunu daxil edib “irəli” sıxıb mobil telefon nömrəsini daxil etdikdən sonra (Fin-kodunu bilməyənlər üçün PİN-kod tələb olunan bölməni kodu yazmadan “irəli” sıxıb keçmək sonrakı bölmədə ad, soyad, ata adı və telefon nömrəsini daxil edib) təkrar “irəli” getmək, müvafiq pul əskinasını terminalın qəbul bölməsinə yerləşdirib “ödə”ni seçmək kifayət edir.

Ödənişin nəticəsinə dair çap olunan çekdə, ödənişə dair bütün məlumatlar dolğun əks olunur.

Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu üçün aşağdakı bank hesabları açılıb.

Hesabın adı : Koronavirusla Mübarizəyə Dəstək Fondu

Vəsaiti alan: Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi

VÖEN : 0200003621

Hesabın №-si : AZ21NABZ12360100000000005944

Bankın adı: Mərkəzi Bankın Naxçıvan MR İdarəsi

Bankın Kodu : 502906

Muxbir hesab : AZ88NABZ01451700000000012944

Bankın VÖEN-i : 0200087741

SWIFT BIK : NABZAZ2C

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …