Bazar ertəsi , 10 Mart 2025
Drone Cameras

Naxçıvanda məhdud fiziki imkanlı şəxslər tərəfindən toxunmuş yun corab və şərflər əsgərlərimizə hədiyyə edilib

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən naxcivanxeberleri.com-a verilən məlumata görə, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev bildirib ki, sen­tyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə hərbi hissələr üçün yun corabların toxunması işinin davam etdirilməsi tapşırılıb. Qarşıya qoyulan tapşırığın icrası istiqamətində bu gün məhdud fiziki imkanlı şəxslər tərəfindən toxunmuş 1500 cüt yun corab və 200 yun şərf əsgərlərimizə hədiyyə edilir.

Qeyd olunub ki, bu kimi tədbirlər məhdud fiziki imkanlı şəxslərin məşğulluğunu təmin etməklə bərabər, onların maddi təminatlarının yaxşılaşmasına da müsbət təsir göstərir.
Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini, general-mayor Elman Orucov tədbirdə çıxış edərək bildirib ki, Naxçıvanda yerləşən ordu, birləşmə və hissələr hərtərəfli qayğı ilə əhatə olunub. Bu gün əsgərlərə isti qış geyimlərinin təqdim edilməsi də növbəti qayğının ifadəsi, xalq-ordu birliyinin təcəssümüdür.
Tədbirdə zabit Tural Xələfov, əsgər Vasif İsazadə hərbi qulluqçular adından göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Check Also

Sabir Rüstəmxanlı: Bəxtiyar Vahabzadə Azərbaycan mədəniyyətini türk dünyasında layiqincə təmsil edən böyük şəxsiyyət idi

“Azərbaycan xalqının görkəmli qələm ustası Bəxtiyar Vahabzadə mənim üçün müəllim və həqiqi dost idi. O, …