Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Naxçıvanda nazir dəyişdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 4-də Vüsal Sevdimaliyevin Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri təyin edilməsi haqqında Fərman imzalayıb.

Boyukmillet.com-un məlumatına görə, Fərmanda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüsal Şəmsəddin oğlu Sevdimaliyev Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri təyin edilsin”.

Qeyd edək ki, Vüsal Sevdimaliyev bundan əvvəl “Naxçıvanpoçt” publik hüquqi şəxsin direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, Ali Məclis Sədrinin bu gün imzaladığı Sərəncamla Rövşən Məmmədov Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri vəzifəsindən azad edilib.

Check Also

Elçibəyin oğlu Nemət Pənahlını MƏHKƏMƏYƏ VERİR

Azərbaycanın keçmiş Prezidenti, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev “Meydan hərəkatı”nın rəhbərlərindən …