Bazar , 19 May 2024
Drone Cameras

Naxçıvanda payız-qış mövsümü ilə əlaqədar qərargah yaradılıb

Naxçıvan Şəhər İcra Hakimiyyətində qərargah yaradılıb.

Bu barədə “Report”un yerli bürosuna Naxçıvan Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, 2023-2024-cü ilin payız-qış mövsümü ilə əlaqədar baş verə biləcək qəzaların operativ qaydada aradan qaldırılması məqsədilə 2023-cü il noyabr ayının 15-dən mövsümün sonuna qədər saat 18:00-dan 00:00-dək Naxçıvan Şəhər İcra Hakimiyyətində qərargah fəaliyyət göstərəcək.

“Naxçıvan şəhər sakinlərindən xahiş olunur ki, baş vermiş qəzaların dərhal aradan qaldırılması üçün Naxçıvan Şəhər İcra Hakimiyyətində yaradılmış qərargaha məlumat versinlər. Qərargahın əlaqə telefonu: 545-01-71”, – məlumatda bildirilib.

Check Also

Hakan Fidan Pakistana gedəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan mayın 19-da Pakistana rəsmi səfər edəcək. Boyukmillet.com xəbər verir …