Cümə , 22 Noyabr 2024
Drone Cameras

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 15 iyun -Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib

Boyukmillet.com xəbər verir ki, tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov bayram münasibətilə nümayəndəliyin kollektivini təbrik edib.

 Azərbaycanın müstəqil dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış, xalqımızın taleyində müstəsna rol oynayan bu əlamətdar günün yaranmasından və tarixi əhəmiyyətindən bəhs edən nümayəndəliyin rəhbəri qeyd edib ki, hər bir xalqın, millətin, ölkənin tarixində elə günlər var ki, həqiqətən o xalqın şanlı tarixinə çevrilir və qərinələrlə, yüz illərlə nəsildən-nəslə keçərək yaşayır, anılır.15 iyun Milli Qurtuluş Günü məhz belə günlərdən biridir. Ulu öndərin 1969-cu ildə ölkəmizdə birinci dəfə siyasi hakimiyyətə gəlişi tarixdə Azərbaycanın dirçəliş və çiçəklənmə dövrü kimi səciyyələnirsə, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı Milli Qurtuluş tariximizin yazılması ilə əlamətdardır.

 “Xalqın təkidli tələbi ilə ölkədə hakimiyyət dəyişikliyi baş verdi. 1993-cü il iyunun 15-də dünya miqyaslı böyük siyasətçi Heydər Əliyev Azərbaycan Ali Sovetinə sədr seçildi. İyunun 23-də bu böyük şəxsiyyətə Azərbaycan Ali Soveti tərəfindən respublika prezidentinin səlahiyyətlərini həyata keçirmək həvalə olundu. Həmin il oktyabr ayının 3-də keçirilən Prezident seçkilərində xalqın mütləq əksəriyyəti dahi lider Heydər Əliyevə səs verərək onu müstəqil Azərbaycanın Prezidenti seçdi. Prezident Heydər Əliyevin rəhbərliyi altında qısa müddət ərzində aparılmış son dərəcə gərgin, yorulmaz fəaliyyət nəticəsində Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün əlverişli şərait yaradıldı.”-deyə bildirən Bəxtiyar Əsgərov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə yenidən qayıdışı siyasi-iqtisadi böhran içində boğulan Azərbaycanı böyük fəlakətlərdən, eyni zamanda, müstəqilliyin itirilməsi təhlükəsindən xilas etdi..

Müstəqil Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə son 17 illik qısa zamanda qazandığı tarixi nailiyyətlərdən geniş şəkildə bəhs edən Bəxtiyar Əsgərov bildirib ki, 1993-cü ilin Azərbaycanı ilə müasir dövr Azərbaycanını müqayisə etsək, ölkə­mizin sürətli,böyük inkişaf yolu keçdiyini açıq görərik.

Bəxtiyar Əsgərov deyib ki, müasir Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası bu gün əldə etdiyi bütün uğurlara görə ulu öndərimizin 1993-cü ildə Azərbaycanda ali, siyasi hakimiyyətə Qayıdışına, Milli Qurtuluş Gününə borcludur.

Bu gün, doğrudan da, qoynunda bəsləyib yetişdirdiyi böyük oğlu Heydər Əliyevin siyasi kursu, Prezident İlham Əliyevin və muxtar respublikanın Ali vəzifəli şəxsi cənab Vasif Talıbovun uğurlu rəhbərliyi sayəsində təkcə dünyanın incisinə çevrilmiş müasir Naxçıvan Muxtar Respublikası deyil, eyni zamanda, demokratik dəyərləri, insan hüquq və azadlıqlarına hörməti və hərtərəfli inkişafı ilə,  sözün əsl mənasında, bütün dünyada nüfuz sahibi olan müstəqil Azərbaycan Respublikası Heydər Əliyevin şah əsəri kimi yaşayır, inkişaf edir, güclənir.

Beləliklə, Qurtuluşdan başlanan intibah bu gün də Azərbaycan dövlətinin və xalqının yüksəlişinə xidmət edir. Böyük Qayıdışdan Qurtuluşa, Qurtuluşdan Yüksəlişə sıçrayan müstəqil Azərbaycan isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyində müzəffər ordusu ilə işğal edilmiş doğma torpaqlarımızın üzərində tam və inamlı qələbəsinin astanasındadır. Biz buna əminik. Bu yolda uca Tanrı müdrik xalqımıza yar olsun!

Tədbir digər çıxışlarla davam etdirilib.

Check Also

NAXÇIVAN DÖVLƏT BÜDCƏSİNİN TALANMASININ YOLLARINDAN BİRİ…

Mövcud qaydalara görə Azərbaycan Dövlət Tibb Universitetinin,Naxçıvan Dövlət Universiteti Tibb fakultəsinin məzunları həkim mütəxəssis kimi …