Bazar ertəsi , 6 May 2024
Drone Cameras

Naxçıvanın büdcəsi haqqında qanun layihəsi I oxunuşda qəbul olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu gün keçirilən plenar iclasında bölgənin 2024-cü il büdcəsi haqqında qanun layihəsi I oxunuşda qəbul olunub.

Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ali Məclisin deputatı Elman Cəfərli bildirib.

Xatırladaq ki, muxtar respublikanın 2024-cü il üçün nəzərdə tutulan büdcəsinin 516,4 milyon manat olacağı gözlənilir. Bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 14,65 % azdır.

Naxçıvanın gələnilki büdcəsinin 66,5 %-i və yaxud 343,3 milyon manatı dövlət büdcəsindən ayrılacaq dotasiya hesabına təmin olunacaq. Bu isə bu ilə nisbətən 24,2 % azdır.

E.Cəfərli həmçinin əlavə edib ki, bugünki iclasda Ali Məclisin İqtisadi siyasət komitəsinin tərkibində dəyişiklik edilib. Belə ki, Ali Məclis sədrinin I müavini vəzifəsindən istefa verən Azər Zeynalov və şəxsi müraciəti əsasında deputat Hüseyn Bağırsoylu komitəyə üzv seçiliblər.

Check Also

AİB Rəhbərlər Şurası 2023-cü il üçün maliyyə hesabatlarını təsdiq edib

Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurası bu gün bankın 2023-cü il üçün maliyyə hesabatlarını və …