Cümə , 12 Dekabr 2025
Drone Cameras

Nazir: “Azərbaycan yeni minaaxtaran robotlar alacaq”

“Azərbaycan azad olunan ərazilərdə təmizləmə işləri üçün yeni minaaxtaran robotlar alacaq”.

Boyukmillet.com xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda minaaxtaran mütəxəssislərin sayının artırılması prosesi də davam etdirilir: “Ermənilər həmin ərazilərdə çoxsaylı minalar basdırıblar. Bu ərazilər tez bir zamanda təmizlənməlidir ki, quruculuq və abadlıq işləri də sürətləndirilsin. Hazırda minaaxtaran cihazlarla yanaşı, həmçinin minaaxtaran robotların da alınması ilə bağlı işlər aparılır. Bu işləri Fövqaladə Hallar Nazirliyi ANAMA və Müdafiə Nazirliyi ilə birgə aparır. Bununla bağlı sürətli işlər görülür, məsələlər müzakirə edilir”.

Nazir bildirib ki, ərazi yaşıllıq olduqca minaların axtarılması çətinləşir: “Amma artıq payız-qış mövsümüdür, otlar quruyur və mina axtarışları sürətləndirilib”.

Check Also

DSX-nin hərbi qulluqçusunun güllələnərək öldürüldüyü bildirilir

Dövlət Sərhəd Xidmətinin (DSX) Yardımlı rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət edən hərbi qulluqçunun …