Bazar , 30 Mart 2025
Drone Cameras

Nazir: “Azərbaycanın mədəni irs abidələri erməni vandalları tərəfindən qəsdən dağıdılıb”

“Azərbaycanın mədəni irs abidələri işğal zamanı erməni vandalları tərəfindən qəsdən dağıdılıb. Hazırda işğaldan azad edilmiş ərazilərdə yol xəritəsinə uyğun olaraq mədəniyyət abidələrinin bərpası istiqamətində işlər davam etdirilir”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib.

Nazir ölkələrin mədəni irsinin qorunub saxlanmasının vacibliyini vurğulayıb: “Azərbaycan mədəni irsin qorunması ilə bağlı müvafiq sənədlər qəbul edib. Bundan başqa, Azərbaycan bir sıra beynəlxalq konvensiyalara qoşulub”.

“Mədəni irsin məhvinə səbəb olan amillərə gəlincə, bu, münaqişələr zamanı qəsdən edilən təhqirdir. Bu, işğal zamanı Qarabağda da baş verib. Vandalizm nəticəsində Azərbaycanın bütün mədəni irsi, abidələri qəsdən dağıdılıb. Qanunsuz arxeoloji qazıntılar da aparılıb”, – A.Kərimov vurğulayıb.

(Report.az)

Check Also

13 yaşlı qızı cinsi istismara məruz qoyan 24 yaşlı kişi necə azadlıqda qala bildi?

Zərərçəkənin anası məhkəmədə bildirib ki, kişinin həbsdə qalmasının qızına müsbət təsiri yoxdur, ona görə də …