Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Nazir: “Bakı Dövlət Sirkinin bağlanmasını istəmirəm”

Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakı Dövlət Sirki ilə bağlı müəyyən haqlı iradlar irəli sürülüb”.

Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir Bakı Dövlət Sirkinin bağlanmasını istəmədiyini bildirib: “Çünki şəhərdə mütləq belə bir müəssisə olmalıdır. Sirk 40 ilə yaxındır ki, əsaslı təmir olunmadan fəaliyyət göstərir. Hesab edirəm ki, müvəqqəti olsa da, təhlükəsizliklə bağlı olan ölçüləri götürməliyik. Artıq bunların yarısını etmişik”.

“Ümidvaram ki, bu mövsümdə sirk öz işini davam etdirə bilər. Amma bu məsələyə gələcəkdə mütləq baxılmalıdır”, – Ə. Qarayev qeyd edib.

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …