Bazar , 19 Yanvar 2025
Drone Cameras

Nazir müavini: “Ənənəvi peşə təhsili yanaşmasından kənara çıxılmalıdır”

Elm və təhsil nazirinin müavini İdris İsayev nəticənin əldə olunması üçün ənənəvi peşə təhsili yanaşmasından kənara çıxılmasını məqsəduyğun sayır.

Boyukmillet.com xəbər verir ki, o, bu barədə “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” adlı konfransda çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, bu gün açılan yeni iş yerləri əvvəlkindən fərqlidir: “Burada yüksək texnologiyaların tətbiqindən, əmək məhsuldarlığının yüksək olmasından söhbət gedir. Bugünkü iş yerləri sadə deyil, işçilər də daha müasir bilik və bacarıqlara sahib, eləcə də özəl sektorun tələblərinə cavab verən kadrlardır. Peşə təhsil sistemi də bu kimi çağırışlara hazır olmalı, imkanlardan istifadə etməlidir”.

Check Also

Azərbaycanlı şagird ABŞ-də keçirilən beynəlxalq olimpiadada dünya birincisi olub

Azərbaycanlı 5-ci sinif şagirdi Ziya Novruzsoy ABŞ-nin Texas ştatında Rays Universitetində keçirilən Beynəlxalq Kopernik Olimpiadasında …