“İndiyədək 20 minə yaxın tələbə təhsil kreditlərindən yararlanıb”.
Boyukmillet.com xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev BMT Davamlı İnkişaf Məqsədləri dialoqları çərçivəsində “2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, təhsil krediti götürənlərin 57 faizə yaxını xanım tələbələrdir:
“Təhsil müddətini bitirəndən sonra da onlarla möhlət verilir. Hətta kredit götürən hərbi xidmətdə olarkən də ona faiz tətbiq edilmir”.