Çərşənbə , 25 Fevral 2026
Drone Cameras

Nazir: Son 10 ildə Azərbaycanda minimal əməkhaqqı 5 dəfədən çox artıb

Son 10 il ərzində Azərbaycanda minimal əməkhaqqı 5,2 dəfə artıb.

Boyukmillet.com-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Milli Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Konfederasiyasının V qurultayında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, hesabat dövründə ölkədə 2 milyondan çox iş yeri açılıb: “Bunlardan 1,6 milyonu daimi iş yeridir, nominal əməkhaqqı isə 6,6 dəfə artıb”.

Nazir onu da xatırladıb ki, səmərəli məşğulluğun təmin olunması üçün 2019-2030-cu illər üzrə Azərbaycanın Məşğulluq Strategiyası təsdiq olunub.

Xatırladaq ki, Prezident İlham Əliyev dekabrın 25-də 2017 ilində imzaladığı sərəncama əsasən minimum əmək haqqı məbləğini 130 manat müəyyən edilibb. Sərəncam 2018-ci il yanvarın 1-dən qüvvəyə minib. Beləliklə 2017 ilnən müqaisədə minimal əmək haqqı 14 manat artırılıb.

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir