Şənbə , 20 Aprel 2024
Drone Cameras

Nazirlikdən saxta yolla əlillik alanlarla bağlı açıqlama

“Hazırda Azərbaycanda əlilliyin ümumi göstərici əhaliyə nisbətdə 6 faiz təşkil etsə də, pensiya sistemində bu 30 faiz təşkil edir”.

Boyukmillet.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib.

O bildirib ki, bu digər ölkələrin təcrübəsi ilə nisbətdə həddindən artıq böyük rəqəm təşkil edir: “Son illərdə 7 mindən çox saxta əlillik aşkarlanıb və ləğv edilib. Bu işlər mütəmadi olaraq aparılır və aparılacaq. Bizim istiqamətimiz bundan ibarətdir. Bu, sosial sahədə aparılan islahatların bir növüdür. Biz istəyirik ki, kimin haqqıdırsa, onların əlillik təyinatı aparılsın, Sui-istifadə halları aradan götürülsün”.

Check Also

İstanbulun ən gözəl məkanı: Galataport

MAPIC 2023 Mükafatlarında “Ən Yaxşı Yeni İnkişaf Layihəsi” olaraq tanınan Galataport, Karaköyün İstanbulun cazibə mərkəzi …