Şənbə , 10 May 2025
Drone Cameras

Neft 32 dollara düşdü…

“Brent” markalı neftin qiyməti ucuzlaşaraq bir barrelə görə 32,28 dollar olub.

“Qara qızıl”ın may fyuçerslərinin qiyməti 28,69% azalıb.

WTI markalı neft isə 31,35% ucuzlaşma ilə bir barrelə görə 28,33 dollar olub.

Qeyd edək ki, neftin qiymətində minimum göstərici 2016-cı ilin yanvarında müşahidə olunub.

“Blumberq” nəşri bu göstəricini 1991-ci ildə Fars körfəzindəki müharibədən sonra kəskin azalma adlandırıb.

“Goldman Sachs” bankının proqnozuna görə, neft bazarında yaranan təşviş yanacağın qiymətinin bir barrelə görə 20 dollaradək düşməsinə səbəb ola bilər.

***

London birjalarında “qara qızıl”ın qiyməti azalmaqda davam edir. Bu saata olan göstəricilərə əsasən, “Brent” markalı neft 42,6% ucuzlaşma ilə bir barrelə görə 31,74 dollar olub. WTI markalı neft isə 48,9% ucuzlaşma ilə bir barrelə görə 27,72 dollar olub.

Check Also

Dubay şokoladı ətrafında ajiotaj dünyada püstə qıtlığına yol açıb

Keçən ilin yayında məşhurlaşan Dubay şokoladı ətrafında yaranan ajiotaj dünyada püstə qıtlığına səbəb olub. Boyukmillet.com xəbər …