Bazar , 15 Noyabr 2026
Drone Cameras

“Neftçi” növbəti transferini açıqladı

“Neftçi” klubu növbəti futbolçu transferini gerçəkləşdirib.

Boyukmillet.com-un klubun rəsmi saytına istinadən məlumatına görə, portuqaliyalı mərkəz müdafiəçisi Huqo Basto ilə 2 il müddətinə müqavilə bağlanıb. 28 yaşlı oyunçu 4 nömrəli formanı geyinəcək.

Huqo Basto Portuqaliyanın “Varzim” (2012-2013), “Sportinq Braqa B” (2013-2015), “Aroka” (2015-2018), “Çaves” (2018-2020) və “Eştoril” (2020-2021) klublarında çıxış edib. Son mövsüm 31 oyunda 4 qol vurduğu “Eştoril”lə Portuqaliya çempionatının 2-ci liqasının çempionu olub. O, Portuqaliyanın U-18 və U-23 milli komandalarının şərəfini qoruyub.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl yarımmüdafiəçilər – Sezar Meza Kolli, Harramiz Suares, Xəyal Nəcəfov və müdafiəçi Romen Baskı transfer edib.

Check Also

Xankəndi stadionunda təmirdən sonra ilk rəsmi oyun

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı məlumdur. Peşəkar Futbol Liqasından verilən …