Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Niderland Ukraynaya 42,6 milyon avroluq PUA verəcək

Niderland Ukraynaya 42,6 milyon avro dəyərində pilotsuz uçuş aparatları (PUA) vermək niyyətindədir.

Boyukmillet.com xəbər verir ki, bu barədə Niderland Müdafiə Nazirliyinin rəhbəri Ruben Brekelmans “X” sosial şəbəkəsində məlumat verib.

“Ukraynanın hazırda müasir PUA-lara böyük ehtiyacı var. Buna görə də Niderlandın “DeltaQuad” şirkəti Ukraynanı 42,6 milyon avro dəyərində kəşfiyyat PUA-ları ilə təmin edəcək”, – o yazıb.

Brekelmans bildirib ki, bu, PUA-larla bağlı planlarının ilk konkret icrasıdır.

Silahsız kəşfiyyat aparatları uzun məsafələrə uça bilir və döyüş meydanından real vaxt rejimində məlumat əldə etmək, informasiya toplamaq və düşmənin fəaliyyətinə nəzarət etmək üçün istifadə olunur.

Niderland tərəfi təhlükəsizlik baxımından sözügedən PUA-ların sayını açıqlamayıb.

Check Also

İran parlamentindən KƏSKİN BƏYANAT: “Hörmüz heç vaxt açılmayacaq”

İran parlamentinin sədr müavini Əli Nikzad ölkəsinin xarici siyasəti və bölgədəki hərbi gərginliklə bağlı olduqca …