Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Niger hərbi müdaxiləni dəf etməyə hazırdır

Niger ölkəyə hərbi müdaxilənin mümkünlüyünü istisna etmir, lakin onu dəf etməyə hazırdır.

Boyukmillet.com xəbər verir ki, bunu Nigerin Baş naziri Əli Mahaman Lamin Zeyn Rusiya KİV-lərinə müsahibəsində deyib.

Onun sözlərinə görə, hər hansı bir ölkə Nigerə hücum etmək qərarına gələrsə, ölkəsi özünü müdafiə edəcək: “Heç bir illüziyaya ehtiyac yoxdur, hər an nəsə ola bilər. Amma unutmayın ki, bizim təcrübəli, terrorçulardan da güclü ordumuz var”.

Xatırladaq ki, bu ilin iyulun sonunda Niger ordusu prezident Mohamed Bazumun vəzifəsindən uzaqlaşdırıldığını elan edib. Avqust ayında nigerli hərbçilər Fransa ilə bütün razılaşmaları ləğv edib və bu ölkənin qoşunlarının çıxarılmasını tələb ediblər.

Check Also

İran parlamentindən KƏSKİN BƏYANAT: “Hörmüz heç vaxt açılmayacaq”

İran parlamentinin sədr müavini Əli Nikzad ölkəsinin xarici siyasəti və bölgədəki hərbi gərginliklə bağlı olduqca …