Cümə , 13 Mart 2026
Drone Cameras

Nigeriyada öldürülən azərbaycanlı dənizçinin nəşi Vətənə gətirilib – YENİLƏNİB

Nigeriya sahillərində dəniz quldurlarının hücumu nəticəsində həlak olan azərbaycanlı mühəndis Fərman İsmayılovun cənazəsi Azərbaycana gətirilib.

Boyukmillet.com xəbər verir ki, mərhumun cənazəsini gətirən Türkiyə Hava Yollarına məxsus təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

09:39

Nigeriya sahillərində dəniz quldurlarının hücumu nəticəsində həlak olan azərbaycanlı mühəndis Fərman İsmayılovun cənazəsi Azərbaycana göndərilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı “Anadolu” yayıb.

Cənazə yerli vaxtla 07:30-da İstanbuldan Bakıya göndərilib.

Qeyd edək ki, yanvarın 23-də dəniz quldurları Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə hücum ediblər. Hücum zamanı gəminin 19 heyət üzvündən 15-i qaçırılıb, azərbaycanlı mühəndis Fərman İsmayılov isə öldürülüb. Gəmi 3 heyət üzvü ilə Qabonun Port-Gentil Limanına gətirilib.

Check Also

Əkrəm İmamoğlu haqqında 2 430 il həbs istənilən iş üzrə məhkəmə başlayıb

İstanbul 40‑cı Ağır Cinayətlər Məhkəməsində İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) keçmiş sədri, prezidentliyə namizəd Əkrəm İmamoğlu …