Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Nikol Paşinyan müharibədəki məğlubiyyətə görə keçmiş prezidentləri günahlandırıb

Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibədəki kapitulyasiyaya görə keçmiş prezidentləri günahlandırıb.

Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, keçmiş prezident Robert Koçaryanın hakimiyyəti dövründə o vaxtkı xarici işlər naziri Vardan Oskanyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bildirib.

“Ermənistan Madrid prinsiplərini qəbul etməklə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımışdı”, – N.Paşinyan deyib.

Baş nazir həmçinin keçmiş prezident Serj Sarkisyanı və sabiq xarici işlər naziri Edvard Nalbandyanı da günahlandırıb: “Kimsə günahı mövcud hakimiyyətin üzərinə atmağa çalışmamalıdır”.

Check Also

İstanbulda iki cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, bir neçə nəfər saxlanılıb

Türkiyənin İstanbul vilayətinin 4 rayonunda hədə-qorxu, silahlı hücum və əmlaka zərər vurma da daxil olmaqla …