Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Nikol Paşinyan ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıdığını təsdiqləyib

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan Milli Assambleyasının aprelin 18-də keçirilmiş növbədənkənar sessiyasında maraqlı bəyanatla çıxış edib. O deyib: “Bir daha təsdiq etmək istəyirəm ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır”.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.

Ermənistan hökumətinin başçısı deyib: “Əlbəttə ki, sülh bizim mövqelərimizdən asılıdır. Mənim arzumdur ki, Azərbaycan ilə tezliklə sülh müqaviləsi imzalansın. Mən belə bir inkişafın mümkün olduğuna inanıram”.

N.Paşinyan regionda yenidən qarşıdurmanın yaranmasının da ciddi problemlər doğura biləcəyini vurğulayıb. Bildirib ki, regionumuz yenidən “partlayarsa”, bu, həm Rusiya, həm də Qərb üçün ən azı enerji baxımından problemə çevrilə bilər.

Check Also

İran parlamentindən KƏSKİN BƏYANAT: “Hörmüz heç vaxt açılmayacaq”

İran parlamentinin sədr müavini Əli Nikzad ölkəsinin xarici siyasəti və bölgədəki hərbi gərginliklə bağlı olduqca …