Cümə , 22 Noyabr 2024
Drone Cameras

Niyə AŞPA illərlədir Azərbaycanın haqq səsini eşitmir? – QHT sədri

Niyə  AŞPA illərlədir Azərbaycanın  haqq səsini eşitmir? Azərbaycan beynəlxalq kürsülərdə ərazimizin Ermənistan separatçıları tərəfindən işğal edildiyini, dinc əhalini soyqırıma məruz qoyduğunu, bu günə qədər ərazilərimizi işğalçı dövlətin əsgəri tərk etmədiyin söyləyir. Bu fikirləri QHT.az- açıqlamsında QHT sədri Zülfiyyə Nuriyeva bildirib.
Təşkilat sədri əlavə edib: “AŞPA-nın ədalətli münasibətini niyə görə bilmirik? Sanki məlumatsızlarmış kimi, Azərbaycanın müstəqillik əldə etdiyi gündən nail olduğu uğurlar, dünyada qazandığı nüfuz dilə gətirilmir, yalnız AŞPA öz marağının dərdinə düşüb və 9 fevralda vətəndaşın öz hüquqi ilə haqq səsini verib seçdiyi Parlament seçkilərinə qərəzli və ikili standartlarla münasibət bildirir. AŞPA üzvləri sizin məşğul olmalı çox önəmli məsələlər var. Başınızı Azərbaycan vətəndaşının konstitusiya hüququ ilə səsini verərək seçdiyi millət vəkillərini sizin müzakirə etməyinizə ehtiyacı yoxdur. Dünyanın ən nüfuzlu Azərbaycan Prezidenti Cənab İlham Əliyev Tərtər rayonunda İdman və Olimpiya Mərkəzinin açılışındada söylədiyi kimi, guya AŞPA Azərbaycanı sevir və ya düşünür? Azərbaycan xalqı öz Prezidentinə sonuna qədər güvənir və etimad edir. Azərbaycan vətəndaşı Parlament seçkilərində öz namizədinə inandı və seçdi. Yeni parlament də prezident tərəfindən elan edilən yeni islahatlar siyasətinə əlavə tövhələr verəcək.”

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …