Özbəkistanın Əlişer Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetində Azərbaycanın dahi şairi Nizami Gəncəvinin özbək dilinə tərcümə olunmuş “Sirlər xəzinəsi” kitabının təqdimatı keçirilib.
Azərbaycanın Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzindən “Report”a verilən məlumata görə, “Maxzan ul-asror” adlanan kitabı orjinaldan özbək dilinə bu ölkənin xalq şairi Camal Kamal çevirib. Kitabın redaktoru filologiya elmləri doktoru Erqaş Oçilovdur.
Ə.Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetində keçirilən təqdimat mərasimində Özbəkistanın ədəbiyyat sahəsində tanınmış simaları, elm, təhsil müəssisələrinin nümayəndələri, universitetin müəllim və tələbələri, Azərbaycan səfirliyinin və Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak ediblər.
Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov kitabın Nizami Gəncəvinin 875 illik yubileyi ərəfəsində şairin yaradıcılığına bir töhfə olduğunu və özbək oxucuları tərəfindən maraqla qarşılanacağna inandığını qeyd etdi. O, Camal Kamalın tərcüməsinin bir kitab kimi yüksək qiymətləndirdiyini, bu əsərin bir kitab abidəsi olduğunu söylədi.
Təqdimat mərasimində digər çıxış edənlər Özbək-Azərbaycan ədəbi əlaqələri, qədim və müasir dövrlər, sovet və müstəqillik dövründə Azərbaycan və Özbək ədəbiyyatına nəzər saldılar, Özbəkistanda Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, musiqisinə olan marağı heç bir ölkə ilə müqayisə etməyin qeyri-mümkün olduğunu qeyd etdilər.
Check Also
23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib
Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …