Cümə axşamı , 19 İyun 2025
Drone Cameras

Dəməşqdə Rusiya səfirliyinin yerləşdiyi ərazi yenidən atəşə tutulub

Suriyanın paytaxtı Dəməşqdə Rusiya Federasiyası səfirliyinin yerləşdiyi ərazi yenidən minaatanlardan atəşə tutulub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya XİN məlumat yayıb. Bildirilir ki, hadisə nəticəsində diplomatik missiyanın əməkdaşları xəsarət almayıb.

Atəş ekstremistlərin nəzarəti altında olan Cobar rayonu tərəfindən açılıb. “Minalardan biri diplomatik missiyanın xarici mühafizəsinin postu yaxınlığına, digəri konsulluq şöbəsinin girişinin yaxınlığına düşüb, iki mərmi isə səfirliyin hasarından 100 metr kənarda partlayıb”,- deyə məlumatda qeyd olunur.

Check Also

Pakistan Baş nazirinin təyyarəsi Laçın Beynəlxalq Hava Limanına eniş edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mayın 27-də Azərbaycan Respublikasına səfərə gəlib. Boyukmillet.com xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir